Britni Spirsin keçmiş əri evliliklərindən danışdı
Britni Spirsin keçmiş əri Sem Asqari, onların evliliyində ən çətin anların nə olduğunu və Britninin qəyyumluq dövrü ilə bağlı düşüncələrini bölüşüb.
Britni Spirsin keçmiş əri Sem Asqari, onların evliliyində onu ən çox şoka salan hadisəni etiraf edib. O, həyat yoldaşının uzun illər ərzində atasının sərt qəyyumluğu altında yaşamasını çətin bir təcrübə olaraq təsvir edib. Asqari, "Mən Amerikada olduğumu düşünürdüm. 18 yaşdan yuxarı bir insanın valideynlərindən icazə alması nə deməkdir?" deyə bildirib.
Sem Asqari, Britniyə dəstək verməyə çalışsa da, bu vəziyyətin asan olmadığını qeyd edib. Xatırladaq ki, Britni Spirs 2008-ci ildən 2021-ci ilə qədər atasının, Ceymi Spirsin qəyyumluğu altında olub. Bu müddət ərzində Britni Spirsin həyatına və karyerasına tam nəzarət edilib.