Bu bürc üçün gözlənilməz gəlir qapıları açılır!
3-9 mart həftəsi üçün bürc proqnozları açıqlandı. Əqrəb bürcü üçün maddi baxımdan yeni fürsətlər gözlənilir. Digər bürclər üçün də mühüm dəyişikliklər və gözlənilməz hadisələr baş verə bilər.

3-9 mart həftəsi üçün astroloji proqnozlar açıqlanıb. Bürcləri bu həftə iş, eşq və maliyyə sahələrində mühüm hadisələr gözləyir.
Qoç – Karyerada irəliləyiş mümkündür. Maddi məsələlərdə planlı olmaq vacibdir. Romantik anlar yaşana bilər, keçmişdən biri yenidən gündəmə gələ bilər.
Buğa – Maddi məsələlər ön plandadır. Gözlənilməz xərclər ola bilər. Keçmişdən biri ilə qarşılaşmaq mümkündür. Münasibətində problemlər yaşayanlar ünsiyyətə diqqət etməlidir.
Əkizlər – İfadə bacarıqlarınız artır, lakin diqqətli olun ki, çox danışmaq qarşı tərəfi yormasın. Eşq həyatında sürprizlər ola bilər, yeni biri ilə tanışlıq mümkündür.
Xərçəng – Daxili rahatlıq və sabitlik ön plandadır. İşdə səbirli olmaq lazımdır. Romantik münasibətlərdə duyğusal yaxınlaşmalar mümkündür. Sağlam qidalanmağa diqqət edin.
Şir – Karyera sahəsində yeni fürsətlər yaranır. Romantik münasibətlərdə dəyişikliklər ola bilər. Maddi cəhətdən sərmayə qoymaq üçün uyğun vaxtdır.
Qız – İş həyatında kiçik, lakin mühüm dəyişikliklər gözlənilir. Romantik sahədə qeyri-müəyyənliklər yaşana bilər. Xərclərə nəzarət etmək vacibdir.
Tərəzi – Sosial həyatınız və işgüzar əməkdaşlıqlar ön plana çıxır. Münasibətlərdə yaxınlaşma mümkündür. Gözlənilməz xərclərə qarşı diqqətli olun.
Əqrəb – Bu həftə sizin üçün maddi baxımdan uğurlu olacaq. Gözlənilməz gəlir qapıları açılır. Karyerada mühüm dəyişikliklər ola bilər, eşq həyatında isə dərin hisslər ön plana çıxacaq.
Oxatan – İş sahəsində yeni fürsətlər sizi gözləyir. Səyahət və təhsil planları gündəmə gələ bilər. Romantik münasibətlərdə yeni tanışlıqlar mümkündür.
Oğlaq – Maliyyə və iş həyatında strategiya qurmaq önəmlidir. Keçmişdən bir insan yenidən gündəmə gələ bilər. Stressdən uzaq durmaq üçün istirahətə vaxt ayırın.
Dolça – Yeni layihələr və iş fürsətləri sizi gözləyir. Romantik münasibətlərdə daha çox ünsiyyət qurmaq lazımdır.
Balıq – Sezgiləriniz bu həftə daha da güclənəcək. Daxili səsinizə qulaq asaraq doğru qərarlar verə bilərsiniz. Romantik münasibətlərdə dərin söhbətlər baş verə bilər. İş həyatında yaradıcı layihələrlə ön plana çıxmaq şansınız var.