"Xanımlar arasında ən bahalı maşını mən sürmüşəm"
Müğənni Zahidə Günəş kasıbladığı ilə bağlı yayılan şayiələrə aydınlıq gətirib. O, keçmişdə xanımlar arasında ən bahalı avtomobili sürdüyünü etiraf edib və hazırda kifayət qədər imkan sahibi olduğunu bildirib. Sənətçi həmçinin sadəliyi ilə öyünərək, bir zamanlar yaxın dost olduğu Əməkdar artist Xumar Qədimova ilə münasibətlərinin soyuduğunu açıqlayıb.
