Bu bürclərin altıncı hissi çox güclüdür
Bəzi bürclər xüsusi intuisiya və uzaqgörənlik qabiliyyətinə malikdirlər. Onların dedikləri çox vaxt gerçək olur. Bəs bu sirli bürclər hansılardır?

Bəzi insanlar inanılmaz dərəcədə güclü intuisiyaya malikdirlər və dedikləri çox vaxt gerçək olur. Astroloqlar bu xüsusiyyətin bürclə əlaqəli olduğunu bildirirlər. Bəs hansı bürclərin altıncı hissi daha güclüdür?
???? Əqrəb – Bu bürc insanları bəsirətli düşüncələri və başqalarından gizlədilənləri görmək qabiliyyəti ilə seçilir. Onlar hadisələri və insanları hiss edirlər, proqnozları isə çox vaxt reallığa çevrilir. Əqrəb bir şeyin baş verəcəyini söyləyirsə, onu dinləmək məsləhətdir.
???? Oğlaq – Praktik və analitik düşüncə tərzi ilə seçilən Oğlaqlar vəziyyətləri dərindən təhlil edərək, gələcəyi dəqiqliklə proqnozlaşdıra bilirlər. Onların söylədikləri məntiqli səslənsə də, nəticələri dəqiq və gerçək olur.
???? Balıq – Güclü intuisiya və hissiyatla seçilən Balıqlar bəzən fantaziya dünyasında yaşayır kimi görünsələr də, dedikləri çox vaxt həqiqətə çevrilir. Onlar insanların enerjisini oxumaq və hadisələrin gedişatını əvvəlcədən görmək bacarığına malikdirlər.
???? Qız bürcü – Təfərrüatlara xüsusi diqqət yetirən Qız bürcləri hadisələrin inkişafını öncədən təxmin edə bilirlər. Onların analiz qabiliyyəti və diqqətcilliyi, proqnozlarının yüksək dəqiqlikdə olmasını təmin edir.
Bu bürclərə mənsub olan insanların uzaqgörənlik qabiliyyəti onlara həyatın bir çox sahəsində üstünlük qazandırır. Onların dediklərinə qulaq asmaq bəlkə də böyük fayda gətirə bilər!