"Bunun cavabını kim verməlidir?"

Aparıcı Mehman Rəsulov gecə saatlarında İnşaatçılar metrosu qarşısında avtobus tapa bilmədiyini bildirərək ictimai nəqliyyatın gecə saatlarında fəaliyyətini tənqid edib. O, avtobusların saat 12-yə qədər işləməsinə baxmayaraq, dayanacaqda gözləyən insanların çarəsiz qaldığını vurğulayıb.

"Bunun cavabını kim verməlidir?"
Mehman Rəsulov
reklam

Aparıcı Mehman Rəsulov gecə saatlarında Yasamal rayonu, İnşaatçılar metrosu qarşısında avtobus tapa bilmədiyini bildirib. O, bu vəziyyətlə bağlı narazılığını ifadə edərək cavabdeh qurumların məsuliyyət daşımalı olduğunu vurğulayıb.

"Axşam saat 11-ə yaxın İnşaatçılar metrosu qarşısında avtobus gözlədim, amma gəlmədi. İddia olunur ki, avtobuslar saat 12-yə qədər işləyir. Mən çox uzaqda yaşamıram, amma avtobus tapmadım. Sonda taksi ilə getməyə məcbur oldum. Bəs orada qalan digər insanlar nə etsin?" – deyə aparıcı qeyd edib.

Mehman Rəsulov avtobus gəlmədiyi üçün bir çox insanın piyada getdiyini müşahidə etdiyini bildirib:

"Dayanacaqda bir neçə xanım var idi. Tez-tez maşınlar yaxınlaşıb onları aparmağı təklif edirdi. İnsanlar avtobus gözləyir, amma gəlmir. 77 və 39 nömrəli marşrutlar görünmədi. Gecə saatlarında avtobus olmalı olduğu halda, bu boşluğa kim cavab verməlidir?"

O, məsələ ilə bağlı cavabdeh qurumların bu cür hallara həssas yanaşmalı olduğunu vurğulayıb.

reklam
reklam