"Bütün yaxınlarımın içində biabır olmuşam"
Müğənni Elçin Göyçaylı barəsində yayılan iddialara cavab verib. O, qadınları əxlaqsızlığa cəlb etməsi ilə bağlı xəbərlərin böhtan olduğunu bildirib və hüquqi yolla haqqını müdafiə edəcəyini qeyd edib.
Müğənni Elçin Göyçaylı barəsində yayılan qadınları əxlaqsızlığa cəlb etməsi ilə bağlı xəbərlərə cavab verib. O, bu iddiaların tamamilə yalan olduğunu və adının qərəzli şəkildə hallandırıldığını bildirib:
"Son günlər haqqımda yayılan xəbərlər şayiədən başqa bir şey deyil. Əgər mən belə bir cinayət törətmişəmsə, niyə azadlıqdayam? Həmin Mətanət adlı xanımla Moskvada bir el şənliyində tanış olmuşam. Sadəcə dəvət aldığım məclisdə çıxış edib qonorarımı almışam. Bu xəbərlər məni ailəm və yaxınlarım arasında biabır edib. Əgər bu ittihamlar doğru olsaydı, indi evimdə deyil, həmin qadınla cəzaçəkmə müəssisəsində olardım."
Müğənni mətbuatda yayılan bu iddiaların təsdiqlənmədiyini və fikrinin soruşulmadığını da vurğulayıb. O, yayılan xəbərlərin qərəzli olduğunu və buna qarşı hüquqi tədbirlər gördüyünü açıqlayıb.