Çəkiliş zamanı qəza keçirdi –FOTO

Türkiyəli məşhur aktyor Aras Bulut İynemli yeni serialı Deha çəkilişləri zamanı qəza keçirib. Onun topuq nahiyəsində qırıq yaranıb və dərhal xəstəxanaya aparılaraq əməliyyat olunub. Hazırda aktyor evdə müalicə alır. Həkimlər onun tezliklə çəkilişlərə qayıdacağını bildiriblər.

Çəkiliş zamanı qəza keçirdi –FOTO
Aras Bulut İynemli
reklam

Məşhur türkiyəli aktyor Aras Bulut İynemli yeni serialı Deha üçün çəkilişlər zamanı qəza keçirib.

Çəkiliş meydançasında baş verən hadisə zamanı aktyorun topuq nahiyəsində qırıq yaranıb. O, dərhal xəstəxanaya aparılıb və təcili əməliyyat olunub. Məlumata görə, İynemlinin əməliyyatı uğurla keçib və hazırda o, evdə müalicəsini davam etdirir. Həkimlər onun sağalma prosesinin sürətlə davam etdiyini və tezliklə çəkiliş meydançasına qayıdacağını bildiriblər.

Qeyd edək ki, Deha serialında Aras Bulut İynemli ilə yanaşı Uğur Polat, Taner Ölmez, Onur Saylak, Melis Sezen və Seda Akman kimi tanınmış aktyorlar da rol alır. Aktyor ekran işində Devran Karan obrazını canlandırır.