Müşfiq Şahverdiyevə məhkəmədən cərimə: Qərar verildi

Məşhur aktyor və ssenarist Müşfiq Şahverdiyev Xətai rayon Məhkəməsində cinayət işi üzrə məhkum edilib. Aktyor, "Cinemazadeh" şirkətinin rəhbəri Cəfər Axunzadə tərəfindən məhkəməyə verildikdən sonra, şərəf və ləyaqətə qarşı böhtan və təhqir ittihamları ilə üzləşib. Məhkəmə, onu təhqir maddəsi ilə təqsirli sayıb və 1500 manat məbləğində cərimə tətbiq edib.

Müşfiq Şahverdiyevə məhkəmədən cərimə: Qərar verildi
Müşfiq Şahverdiyev
reklam

Məşhur aktyor və ssenarist Müşfiq Şahverdiyev Xətai rayon Məhkəməsində keçirilən prosesdə təqsirli bilinib. Aktyor, "Cinemazadeh" şirkətinin rəhbəri Cəfər Axunzadə tərəfindən şərəf və ləyaqətini təhqir etmək və böhtan atmaqda ittiham edilmişdi. Məhkəmə, Müşfiq Şahverdiyevi Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirli hesab edərək, ona 1500 manat cərimə tətbiq edib. Cəfər Axunzadə, əvvəlcə daha ağır ittihamlarla – böhtan və təhqir üzündən həbs tələb etsə də, məhkəmə yalnız təhqir maddəsi ilə qərar verib.