Canlı efirdə sevgilisinə evlilik təklifi etdi

Müğənni Şəbnəm Qəhrəmanova "İncə səhər" verilişində gözlənilməz addım ataraq sevgilisinə evlilik təklifi edib. Onun bu cəsarətli jesti aparıcı Vüsalə Əlizadə və meyxanaçı Orxan Lökbatanlını təəccübləndirib.

Canlı efirdə sevgilisinə evlilik təklifi etdi
Şəbnəm Qəhrəmanova
reklam

Müğənni Şəbnəm Qəhrəmanova şəxsi həyatı ilə gündəmə gəlib. Sənətçi qonaq olduğu "İncə səhər" verilişində canlı yayımda sevgilisinə evlilik təklifi edib.

İfaçının bu gözlənilməz addımı studiyada hər kəsi, xüsusilə aparıcı Vüsalə Əlizadəni və meyxanaçı Orxan Lökbatanlını təəccübləndirib. Onun jesti sosial mediada da müzakirələrə səbəb olub.