"Çox Darıxıram, Hər Gün..."
Mərhum aparıcı Azər Baxşəliyevin həyat yoldaşı Nigar xanım, onun vəfatından sonra yaşadığı çətin anlardan danışıb. Qızları Züleyxanın atasına olan həsrəti isə ürəkləri dağlayıb.

En son haberleri, güncellemeleri ve özel teklifleri doğrudan gelen kutunuza almak için abone listemize katılın
Mərhum aparıcı Azər Baxşəliyevin həyat yoldaşı Nigar xanım ARB TV-nin "5 Üz" verilişində qonaq olub və həyat yoldaşı ilə bağlı xatirələrini bölüşüb.
Nigar xanım həyat yoldaşının yoxluğunun onların ailəsi üçün ağır olduğunu deyib:
"Hər kəs onun ölüm tarixini yanvarın 5-dən saysa da, mənim üçün o, artıq yanvarın 1-dən yox idi. Çünki həmin gündən etibarən mesajlarıma cavab vermirdi. Hər şeyə ümid edirdim, təkcə sağ qalmasını arzulayırdım."
O, qızı Züleyxanın atasına olan bağlılığından danışaraq bildirib ki, balaca qız hələ də atasını gözləyir:
"Züleyxa indi də telefon zəng çalanda elə bilir ki, atasını yığıram. Gecələr otağın işığını yanılı görüb sevinir, düşünür ki, atası gəlib. Kaş ki, qızımız məktəbə başlayanda atasını yanında görəydi. Ən böyük arzumuz ona yaxşı təhsil vermək idi."
Nigar xanım Azər Baxşəliyevin dostlarına təşəkkür edərək onların dəstəyini yüksək qiymətləndirib:
"Tanımadığım insanlardan minlərlə mesaj aldım. Kaş ki, belə olmayaydı. Amma bir daha sübut olundu ki, dostları onun həyatında böyük rol oynayıblar."
Sonda mərhum aparıcının həyat yoldaşı duyğularını belə ifadə edib:
"Çox darıxıram, hər gün..."
admin Eki 31, 2024 0 163
admin Eki 31, 2024 0 124
admin Kas 1, 2024 0 26
admin Eki 31, 2024 0 21
D.Sadi Ara 16, 2024 0 13
AsimanFərzəliyeva Şub 21, 2025 0 1
AsimanFərzəliyeva Şub 21, 2025 0 1
AsimanFərzəliyeva Şub 21, 2025 0 1
Toplam Oy: 22
Çox əlaSaytımız sizə daha yaxşı xidmət göstərmək üçün çərəzlər istifadə edir. Sayta giriş edərək çərəzləri qəbul edirsiniz. Daha Çox