Dostları Onun Həyatından Danışdılar-VİDEO

Mərhum aktrisa Tünzalə Əliyeva haqqında həmkarları və dostları xatirələrini bölüşüblər. Onun səhnə arxasında yaşadığı çətinliklər və xəstəliklə mübarizəsi hər kəsi təsirləndirib.

Dostları Onun Həyatından Danışdılar-VİDEO
Tünzalə Əliyeva
reklam

"Retro Baku" verilişinin yeni buraxılışı mərhum aktrisa Tünzalə Əliyevaya həsr olunub. Proqramda onun sənət yolu və şəxsi həyatı ilə bağlı xatirələr paylaşılıb.

Tünzalə Əliyeva 1973-cü il fevralın 15-də Gəncə şəhərində anadan olub. O, 1990-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram və kino aktyorluğu fakültəsinə daxil olub.

Aktrisa Ülviyyə Əliyeva dostu haqqında danışarkən onun səmimiliyini və peşəkarlığını vurğulayıb:
"Dost kimi ona çox güvənirdim. 27 illik sənət həyatımda Tünzalə kimi partnyorum olmayıb. Xəstəlikdən sağalmışdı, amma bir həftə sonra yenidən vəziyyəti pisləşdi. Vəfat xəbərini ilk dəfə bir sayt mənə dedi, inanmadım. Həmin gün teatrda tamaşada idim, üzümdə obrazın maskası olsa da, içimdə göz yaşları vardı," – deyə o bildirib.

Əməkdar artist Dilarə Əliyeva isə Tünzalə Əliyevanın xəstəliyinə baxmayaraq, sənətə bağlılığını xüsusi qeyd edib:
"Çəkilişlərə ağrıkəsicilər qəbul edib gəlirdi. Kamera qarşısında bütün gücü ilə rolunu oynayır, amma çəkiliş bitəndən sonra divanda halsız uzanırdı. Düşünürdüm ki, ölümünə hazıram, amma dünyasını dəyişəndə anladım ki, insan belə hallara heç vaxt hazır olmur," – deyə Dilarə Əliyeva bildirib.

Aktrisanın əzizləri və dostları onun mehriban insan, fədakar sənətkar olduğunu vurğulayaraq, xatirəsini ehtiramla yad ediblər. 

reklam
reklam