Demet Akalın: "Hadisəni izləmərəm, çünki mən Ebru Gündeşçiyəm"
Türkiyəli müğənni Demet Akalın "Söylemezsem Olmaz" proqramında həmkarı Hadisə haqqında verilən suala maraqlı açıqlama ilə cavab verib.
Hadisəni izləmədiyini bildirən müğənni səbəbini belə izah edib:
"Hadisəni izləmədim, izləmərəm də. Mən Ebru Gündeşçiyəm. Nə mahnılarını dinləyərəm, nə də serialını izləyərəm. Ona görə də bu haqda şərh bildirə bilmərəm. Allah işinə xeyir versin".Hadisə və Ebru Gündeş arasındakı gərginlik, Gündeşin keçmiş həyat yoldaşı Reza Zərrabın Hadisə ilə münasibətdə olduğu iddialarından qaynaqlanır. Bu hadisələrdən sonra Hadisə "O Səs Türkiyə" layihəsindən uzaqlaşdırılmışdı.