Murad Arifdən Şou-Biznesdəki Zövqsüzlərə Sərt Sözlər

Tanınmış aparıcı və musiqiçi Murad Arif sosial media hesabında zövqsüz müğənnilərlə bağlı paylaşım edib. O, ad çəkməsə də, sənət aləmində bəzi şəxslərə açıq şəkildə mesaj ünvanlayıb. Murad Arifin bu sözləri müzakirələrə səbəb olub.

Murad Arifdən Şou-Biznesdəki Zövqsüzlərə Sərt Sözlər
Murad Arif
reklam

Murad Arif sosial media hesabında maraqlı bir paylaşım edərək, sənət dünyasında zövqsüzlüyü tənqid edib. O, ad çəkmədən bəzi müğənnilərin ünvanına sərt sözlər söyləyib:

"Adam istəyir, insanlıq xatirinə, ən pak duyğularla, bəzilərinin yaxşılığı üçün, qarşısına çıxsın, belə dostcasına, qardaşcasına, şəfqətlə, ən dərin empatiya hissi ilə, çiyinlərindən tutaraq, gözlərinin içinə baxaraq, desin ki, 'Vallah, ən böyük çuşka elə sənsən!' Yazıq, bilmir, bəlkə?"

Bu paylaşım qısa müddət ərzində böyük maraqla qarşılanıb. Sənətçinin sözləri konkret kimə ünvanlandığı bilinməsə də, izləyicilər arasında müxtəlif müzakirələrə səbəb olub.

Qeyd edək ki, bir neçə gün öncə müğənni Səidə Sultan da sosial media hesabında "Günü-gündən çuşkalaşan şou-biznesim" ifadəsini işlədərək həmkarlarını tənqid etmişdi. Murad Arifin paylaşımının bu fikirlərlə əlaqəli olub-olmadığı isə müəmmalı olaraq qalır.