“Demək olar ki, uşaq evində böyüdüm”
Məşhur aktrisa Dilan Çiçek Deniz uşaqlıq illəri ilə bağlı səmimi açıqlamalar verib. O, valideynlərinin peşə fəaliyyətinə görə həyatının böyük hissəsini uşaq evində keçirdiyini bildirib.

Türkiyəli aktrisa Dilan Çiçek Deniz uşaqlıq illəri ilə bağlı maraqlı etiraf edib. O, 18 yaşına qədər demək olar ki, uşaq evində böyüdüyünü bildirib.
"Anam ədəbiyyat müəllimi, atam isə ibtidai sinif müəllimidir. Atam uzun illər kənd məktəblərində müəllim işləyib, daha sonra isə uşaq evində müdir kimi fəaliyyət göstərib. Bu səbəbdən 18 yaşıma qədər həyatımın böyük hissəsini uşaq evində keçirmişəm" – deyə aktrisa vurğulayıb.