Məleykə Əsədova haqqında yazılanlara cavab verdi: "Vaxtım yoxdur, oxumuram"
Xalq artisti Məleykə Əsədova, "7 Tamam" verilişində şəxsi həyatına və müsbət mənfi şərhlərə münasibətini açıqladı. Sənətçi, bu günə qədər haqqında yazılan şərhləri heç vaxt oxumadığını vurğulayıb.
Xalq artisti Məleykə Əsədova "7 Tamam" verilişində etdiyi açıqlamada, onun haqqında yazılan mənfi şərhlərlə bağlı heç vaxt vaxt tapıb oxumadığını bildirib. Sənətçi, insanların şəxsi həyatına qarışmamağı və öz işinə fokuslanmağı seçdiyini vurğulayıb: "Hər zaman teatrda tamaşamı oynayıb getmişəm. Əgər varsansa, səndən danışacaqlar. İşi-gücü olmayan bekar insanlar bunu edirlər. Mən öz işimə, ailəmə, baxımıma qarışıram." O, şərhlərin onu əsla narahat etmədiyini və hər zaman başqalarının xoşbəxtliyini arzuladığını əlavə edib.