Dilan Polat və həyat yoldaşı yenə saxlanıldı

İstanbul Baş Prokurorluğu sosial media fenomeni Dilan Polat və onun həyat yoldaşı Engin Polat barəsində "Narkotik maddələrdən istifadə və onların saxlanılması" ittihamı ilə təhqiqat başladıb. Sosial şəbəkələrdə yayılan görüntülər əsasında prokurorluq həbs qərarı verib və polis əməliyyata başlayıb.

Dilan Polat və həyat yoldaşı yenə saxlanıldı
Dilan Polat və Engin Polat
reklam

İstanbul Baş Prokurorluğu sosial media fenomeni Dilan Polat və onun həyat yoldaşı Engin Polat barəsində "Narkotik maddələrdən istifadə və onların saxlanılması" ittihamı ilə təhqiqat başladıb.

Məsələ ilə bağlı prokurorluq şübhəlilər barəsində həbs qətiimkan tədbiri seçib. Bu qərara sosial şəbəkələrdə yayılan və narkotik istifadəsini əks etdirən görüntülər səbəb olub. Videoda yer alan digər şəxslər barəsində də həbs qərarı çıxarılıb.

Prokurorluğun göstərişi ilə hüquq-mühafizə orqanları şübhəlilərin saxlanılması istiqamətində əməliyyata başlayıb.