"Doktorlar" serialının məşhur simaları illər sonra bir araya gəldi – FOTO

Türk televiziya tarixində iz qoyan "Doktorlar" serialının sevilən aktrisaları Yasemin Özilhan və Melike Güner uzun müddətdən sonra yenidən görüşüblər. Onların sosial mediada paylaşdığı fotolar izləyicilərdə nostalji hisslər oyadıb və serialın yenidən ekrana qayıtması arzusunu artırıb.

"Doktorlar" serialının məşhur simaları illər sonra bir araya gəldi – FOTO
Yasemin Özilhan və Melike Güner
reklam

Türkiyə televiziya tarixinin unudulmaz seriallarından biri olan Doktorların məşhur simaları Yasemin Özilhan və Melike Güner illər sonra bir araya gəliblər.

Serialda müvafiq olaraq "Ela" və "Zenan" obrazlarını canlandıran aktrisalar görüş zamanı çəkilmiş fotolarını sosial mediada paylaşıblar. Yasemin Özilhan dostu Melike Güner ilə olan şəkillərini "Sən danış, mən dinləyərəm" qeydi ilə izləyiciləri ilə bölüşüb.

Bu paylaşım pərəstişkarlar tərəfindən böyük maraqla qarşılanıb və izləyicilər serialın keçmiş illərdə yaratdığı təsirlərdən söz açıblar. Bir çox insan Doktorlar serialının yenidən ekranlara qayıtmasını arzuladıqlarını bildiriblər.

Aktrisaların bu görüşü nostalji hisslər oyadaraq, izləyicilər arasında geniş müzakirələrə səbəb olub.

reklam
reklam