Ebru Gündeş və Murat Özdemir barışıblar? - FOTO
Müğənni Ebru Gündeş və həyat yoldaşı Murat Özdemirin evliliklərindəki böhranı aşaraq barışdığı və yeni bir başlanğıc etdikləri iddia edilir. Cütlüyün münasibətlərində yeni bir şans verdiyi bildirilib.
Yeni evlənən müğənni Ebru Gündeşlə əri Murat Özdemirin ayrılmaq üzrə olduqları, hətta Murat Özdemirin Dubayda əşyalarını toplayaraq İstanbula qayıtdığı barədə iddialar yayılmışdı. Lakin son məlumatlara görə, məşhur cütlük evliliklərindəki böhranı aşaraq barışıb və münasibətlərinə yeni bir şans veriblər. Həmçinin, Murat Özdemirin həyat yoldaşına barışıq hədiyyəsi olaraq tək daş brilyant aldığı bildirilir.
Xatırladaq ki, Ebru Gündeş 2021-ci ildə əri Rza Zərrabla ayrıldıqdan sonra 2023-cü ilin fevral ayında iş adamı Murat Özdemirlə ailə həyatı qurub. Cütlük, Dubayda təşkil olunan sadə bir mərasimlə evlənib və xoşbəxtliklərini gizli tutmağı üstün tutublar.