“İlk dəfədir ki, Sevgililər Günündə mən ona gül aparacağam”

Bu gün mərhum aktyor Azər Baxşəliyevin vəfatının 40 günü tamam olur. Aktyorun həyat yoldaşı Nigar Seyid onunla bağlı xatirələrini bölüşərək, Sevgililər Gününü ilk dəfə tək keçirəcəyini bildirib.

“İlk dəfədir ki, Sevgililər Günündə mən ona gül aparacağam”
Azər Baxşəliyev vəmNigar Seyid
reklam

Bu gün mərhum aktyor Azər Baxşəliyevin vəfatının 40 günü tamam olur. Aktyorun həyat yoldaşı, memar Nigar Seyid "Xəzər axşamı" proqramında həyat yoldaşı ilə bağlı xatirələrini bölüşüb. O, bu il Yeni ili ilk dəfə olaraq birlikdə qeyd edə bilmədiklərini və bunun qəlbində böyük bir iz buraxdığını bildirib.

“Yeni ili ilk dəfə ayrı keçirdik. Fikirləşirdik ki, köhnə Yeni ili birlikdə qeyd edərik, amma alınmadı”, – deyə Nigar Seyid bildirib.

N.Seyid bu gün onu ilk dəfə yuxuda gördüyünü və bunun ona təsir etdiyini qeyd edib:

“Sabah Sevgililər Günüdür. İlk dəfədir ki, 14 fevralda mən ona gül aparacağam. Hər il mənə gül hədiyyə edirdi. Əhvalım olmayanda belə mənə çiçək alırdı. Mənimlə görüşə gələndə maşının oturacağına gül qoyurdu”, – deyə o, xatirələrini bölüşüb.

Qeyd edək ki, Azər Baxşəliyev uzun müddət böyrək çatışmazlığından əziyyət çəkirdi. O, yanvar ayında dünyasını dəyişib. Azər və Nigarın bu nikahdan Züleyxa adlı bir qız övladı var.

reklam
reklam