Ebru Gündeşin Paylaşımı Xəyanət İddialarını Gücləndirdi

Məşhur müğənni Ebru Gündeşin son paylaşımı həyat yoldaşı Murat Özdemirin ona xəyanət etdiyi iddialarını yenidən gündəmə gətirib. Onun Montaignenin sözlərini paylaşması cütlüyün ayrılacağına dair ehtimalları daha da artırıb.

Ebru Gündeşin Paylaşımı Xəyanət İddialarını Gücləndirdi
Ebru Gündeş
reklam

Türkiyənin məşhur müğənnisi Ebru Gündeş Dubayda evləndiyi iş adamı Murat Özdemirlə yenidən gündəmdədir. Onun paylaşımı cütlüyün münasibətində problemlər olduğuna dair iddiaları gücləndirib.

İfaçı sosial media hesabında məşhur filosof Montaignenin sözlərini yazıb: "Hər kəsin gözü çöldədir, gözlərimi içəri çevirirəm, içimdə dolanmağa icazə verirəm. Hamı irəli baxır, mən isə içəri baxıram: İşim mənimdir."

Bu paylaşım izləyiciləri arasında həyat yoldaşı Murat Özdemirin ona xəyanət etdiyi və cütlüyün ayrılmağa hazırlaşdığı barədə şayiələri artırıb.

Qeyd edək ki, Ebru Gündeş bir neçə ay əvvəl Dubayda sadə bir mərasimlə iş adamı Murat Özdemirlə ailə qurub. Lakin onların evliliyi tez-tez ayrılıq iddiaları ilə gündəmə gəlir.