Ebru Şallı ilə Uğur Akkuş boşanma qərarından imtina etdi-FOTO

Türkiyəli məşhur model Ebru Şallı və iş adamı həyat yoldaşı Uğur Akkuş boşanmaq qərarını yenidən dəyərləndirərək evliliklərinə bir şans daha verməyə qərar verdilər.

Ebru Şallı ilə Uğur Akkuş boşanma qərarından imtina etdi-FOTO
Ebru Şallı,Uğur Akkuş
reklam

Ebru Şallı ilə Uğur Akkuş arasında yaşanan gərginliklə bağlı məhkəməyə müraciət edilmiş, cütlük bu gün boşanma davası üçün məhkəmə qarşısına çıxmalı idi. Lakin Uğur Akkuş verdiyi açıqlamada boşanma qərarından geri çəkildiklərini bildirib:
"Bu gün Beykoz 1-ci Ailə Məhkəməsində açdığım boşanma davasını geri götürdüm. Evliliyimizə və münasibətimizə bir şans daha verməyə qərar verdik. Uğurlar."

Ebru Şallı isə qatıldığı bir tədbirdə boşanma qərarına dair ilk dəfə danışaraq, "İstənilən şəxs evlənə bilər, boşana bilər" ifadələrini işlədib.