Mehmet Ali Erbil ev dustaqlığında ilk dəfə paylaşım etdi
Qumar reklamında iştirak etdiyi üçün ev dustaqlığına məhkum edilən Mehmet Ali Erbil, cəzadan sonra sosial mediada ilk dəfə paylaşım edib. Onun keçmiş meneceri Stelio Pipis ilə çəkdiyi foto, pərəstişkarları tərəfindən maraqla qarşılanıb.
Qumar reklamında yer aldığı üçün qeyri-qanuni mərc oyunlarını təşviq etmək ittihamı ilə ev dustaqlığına məhkum edilən Mehmet Ali Erbil, cəzadan sonra ilk dəfə sosial mediada foto paylaşım edib. Ərbil, paylaşımında keçmiş meneceri Stelio Pipislə bir araya gəlib və "35 illik dostum" şərhini əlavə edib. Bu paylaşım, sosial şəbəkələrdə maraqla izlənilib, izləyicilərinin dəstəyi və alqışları ilə qarşılanıb.