"Efirə çıxmaq istəmirəm!"

Müğənni Mətanət Əsədova bəzi aparıcıları efirdə müğənnilərə yaltaqlanmaqda və aranı qarışdırmaqda ittiham edib. O, bu cür hallara görə televiziya proqramlarında iştirak etmək istəmədiyini bildirib.

"Efirə çıxmaq istəmirəm!"
Mətanət Əsədova
reklam

Müğənni Mətanət Əsədova qonaq olduğu proqramda bəzi aparıcılara sərt irad bildirib. O, aparıcıların reytinq üçün müğənnilər arasında nifaq saldığını və onların bir-birinə qarşı qızışdırıldığını vurğulayıb.

“Hıçqıra-hıçqıra oxuyanlara sənətkar deyirlər. Aparıcı efirdə deyir ki, bilirsiniz bu müğənninin nələri var? Sənə nə var? Nəyi varsa onundur. Niyə o müğənniyə yaltaqlanırsan?" – deyə müğənni narazılığını ifadə edib.

M. Əsədova aparıcıların verilişlərdə müğənniləri bir-birinə qarşı qoyduğunu və bu cür davranışların iyrənc olduğunu qeyd edib: "Bu insanları efirdə aşağılamaq doğru deyil. Ona görə də efirlərə çıxmaq istəmirəm. Belə yanaşmalar bizi iyrəndirir".

Müğənni bildirib ki, aparıcılıqdan anlayışı olmayan şəxslər müğənniləri bir-birinə qarşı qızışdırır: "Bu cür hallar məni narahat edir. Aparıcılar aranı qarışdırıb müğənniləri məhkəməyə qədər gətirirlər. Bu, doğru yanaşma deyil".