Elməddin Cəfərov Çəkilişdə yaşadığı çətin anları danışdı

Aktyor Elməddin Cəfərov, "Qış nağılı" filmindəki çəkilişlərdə yaşadığı çətin anlardan bəhs edib. Çəkiliş zamanı yaşadığı fiziki və emosional çətinliklərdən danışan aktyor, bu təcrübəni həyatının ən ağır günü kimi qiymətləndirib.

Elməddin Cəfərov Çəkilişdə yaşadığı çətin anları danışdı
Elmeddin Ceferov
reklam

Aktyor Elməddin Cəfərov, "Qış nağılı" filmindəki çəkilişlər zamanı yaşadığı ən çətin anları bölüşüb. "İzzət şou"da qonaq olan Elməddin, filmin çoxsaylı aktyor heyəti ilə diqqət çəkdiyini bildirib. O, çəkilişlərin əvvəlində qarşılaşdığı çəkinlikdən də danışıb:

"Filmdə çox sayda aktyor yer alırdı. Çəkiliş iki hissəyə bölündü, halbuki bir hissə olmalı idi. Bu, Azərbaycanda çəkilən ən bahalı film idi və mənim həyatımın ən ağır çəkiliş günü oldu. Mənim çəkilişim əvvəlcə 8 gün olmalı idi. Getdim Qəbələyə, amma dörd-beş günü çəkilişdə iştirak etmədim. Rejissora dedim ki, bir gün Bakıya qayıdıram, ona görə də çəkilişləri əvvəlcədən tamamlayın. Nəticədə 28 saat fasiləsiz çəkildim. Yemək yeyə-yeyə çəkiliş edirdim. Hamı düşünürdü ki, bu, rolun tələbi ilə edirdim, amma həqiqətən yemək yeyirdim. Bircə dəfə də olsun əl yumağa vaxtım olmadı".