Məşhur müğənni Alkoqol Asılılığından Xilas Oldu
Rusiyalı müğənni MakSim, alkoqol asılılığından necə qurtulduğunu və bu mübarizədə Tanrının ona necə dəstək olduğunu açıqlayıb.
Rusiyalı müğənni MakSim (əsl adı Marina Abrosimova) alkoqol asılılığından mübarizəsindən danışıb və bu yolda Tanrının ona böyük kömək etdiyini bildirib.
MakSim bildirib ki, alkoqol asılılığından qurtulmaq üçün bir çox metoddan istifadə etsə də, əksər hallarda uğur əldə edə bilməyib. Müğənni bir neçə prosedurdan sonra reanimasiyaya düşdüyünü də qeyd edib.
O, mübarizə haqqında danışarkən, əvvəlcə "Çox güclüyəm, istəsəm içməyəcəyəm" kimi fikirlərdə olduğunu, lakin bu düşüncə ilə problemin həllinə yaxınlaşmadığını söyləyib. Sənətçi yalnız Tanrının onunla olduğunu hiss etdikdə, bu çətinliklərin öhdəsindən gəlməyə başladığını vurğulayıb.
2023-cü ildə MakSim alkoqol asılılığı ilə bağlı açıqlamalar vermiş və ağır xəstəlikdən sonra qastrollarına ara vermişdi.