Elnur Məmmədov: "Toyda əsəbiləşdim və səsim batdı"

Elnur Məmmədov, "İzzət şou"da toy məclislərindən birində yaşadığı hadisəni danışdı. Müğənni, əsəbləşdiyi üçün səsinin batdığını və bu hadisənin ona çətin anlar yaşatdığını bildirib.

Elnur Məmmədov: "Toyda əsəbiləşdim və səsim batdı"
Elnur Memmedov
reklam

Müğənni Elnur Məmmədov, son zamanlarda başına gələn maraqlı bir hadisəni pərəstişkarları ilə bölüşüb. "İzzət şou"nun qonağı olan sənətçi, toy məclislərindən birində əsəbiləşərək səsinin batdığını açıqlayıb. O, canlı ifa etməyə qadir olduğunu, lakin bir məclisdə mikrofonu idarə edən şəxslərə səs vermələrini söylədikdən sonra, əsəbləşərək səsinin kəsildiyini qeyd edib.

"Məclislərin birində belə hadisə yaşadım. Hamı bilir ki, canlı oxumağa qadirəm. Məclisdə işçilərə deyirəm ki, mikrofona səs verin. Necə səhnədə əsəbiləşdimsə, səsim dayandı. Oxumaq istəyirəm, səs çıxmır. Dedim ki, kəsin. Demişəm, toyda canlı oxuyacağımsısa, öz musiqiçilərim, işçilərim olacaq. Aparatı idarə edənə deyilir ki, toyu idarə edən mənəmsə, başqa müğənninin səsi çıxmasın", – deyə Elnur Məmmədov bildirib.