Əməkdar artist Firuzə İbadova kliniki ölüm keçirib
Əməkdar artist Firuzə İbadova həyatını təhlükəyə atan bir hadisə yaşayıb. Müğənni çəkiliş zamanı halı pisləşərək kliniki ölüm keçirib və bir neçə dəqiqəlik ölüm təcrübəsi yaşayıb. O, bu hadisəni "Pərvizə görə" proqramında açıqlayıb.
Əməkdar artist Firuzə İbadova kliniki ölüm keçirib. O, bu haqda "Pərvizə görə" proqramında danışıb və başına gələnləri belə izah edib: "Çəkiliş zamanı halım pisləşdi və yıxıldım. Ramazan ayı idi və mən stress keçirirdim, psixoloji gərginliklərim vardı. Çox qapalı insanam, hisslərimi içimdə saxlayıram. Əlimi stola qoymaq istədim, amma çatmadım və yerə yıxıldım. Xoşbəxtlikdən başım dəmir seyfə dəymədi, yoxsa öləcəkdim. Təcili yardım çağırdılar və təxminən 5 dəqiqə sonra ayıldım. O an uşaqların və böyüklərin ayaqlarını görürdüm, otluqda insanlar gəzirdi."