Elnur Məmmədovdan niyə incik düşüb?

Əməkdar artist Lalə Məmmədova müğənni Elnur Məmmədovdan incik olduğunu etiraf edib. O, Elnurun övladının ad gününə onu dəvət etmədiyini bildirərək, bu səbəbdən küsdüyünü açıqlayıb. Müğənni həmçinin Balıq bürcünün nümayəndəsi olduğunu və həddindən artıq emosional və qayğıkeş biri kimi xarakterizə olunduğunu deyib.

Elnur Məmmədovdan niyə incik düşüb?
Lalə Məmmədova
reklam

Əməkdar artist Lalə Məmmədova "Günə Bax" verilişində şəxsi xüsusiyyətlərindən və münasibətlərindən danışıb. O, Balıq bürcündən olduğunu qeyd edərək, həddindən artıq emosional və başqalarının problemlərini dərindən düşünən biri olduğunu vurğulayıb.

Müğənni eyni zamanda həmkarı Elnur Məmmədovdan küsdüyünü açıqlayıb. Səbəb isə Elnurun onu övladının ad gününə dəvət etməməsi olub. Məmmədova bu məsələyə görə narazılığını ifadə edərək, Elnura "Üzümə necə baxırsan?" sözləri ilə müraciət edib.