Emma Ələkbərzadə bu üsulla arıqlayıb

Müğənni Emma Ələkbərzadə yüksək təzyiq səbəbilə arıqlamaq məcburiyyətində qaldığını açıqlayıb. O, qarpız pəhrizi və Asiya mətbəxi ilə çəki atdığını bildirib.

Emma Ələkbərzadə bu üsulla arıqlayıb
Emma Ələkbərzadə
reklam

Müğənni Emma Ələkbərzadə "Afaqla 10lar" verilişində səhhətində yaranan problemlər səbəbilə arıqlamağa məcbur qaldığını bildirib.

"Yeni il çəkilişindən qayıdanda halım pisləşdi. Kök vaxtlarımda yüksək hipertoniyadan əziyyət çəkirdim. Evə zəng edib Təcili Yardım çağırmalarını istədim. Həkimlər məni müayinə etdi və hipertonik kriz keçirdiyimi dedilər. Ürək həkimi mənə seçim qoydu: ya arıqlayacaqdım, ya da sağlamlığım təhlükə altında qalacaqdı" – deyə sənətçi bildirib.

Emma Ələkbərzadə arıqlamaq üçün xüsusi pəhriz saxladığını da vurğulayıb:

"Qarpız pəhrizi saxlayırdım. Kiçik porsiyalarla qidalanır, əsasən Çin və Yapon mətbəxindən istifadə edirdim. Amerikada da bu şəkildə qidalandım. Amma yeməyi çox sevirəm, hətta gecələr soyuducunu açıb şirniyyat yeməsəm, yata bilmirəm."

Müğənni həkimin onun artıq çox arıqladığını düşündüyünü də əlavə edib.

reklam
reklam