Engin Polat Dilanın boşanma açıqlamasına münasibət bildirdi

Sosial media fenomeni Dilan Polat qalmaqallı açıqlamaları ilə yenidən gündəmə gəlib. O, həyat yoldaşı Engin Polatla yollarını ayırmaq qərarına gəldiyini bildirib. Engin Polat isə bu iddialara cavab verərək, aralarında boşanmanın olmadığını vurğulayıb.

Engin Polat Dilanın boşanma açıqlamasına münasibət bildirdi
Dilan Polat və Engin Polat
reklam

Sosial media fenomeni Dilan Polat son açıqlaması ilə izləyicilərini təəccübləndirib. O, həyat yoldaşı Engin Polatla yollarını ayırmaq qərarına gəldiyini bəyan edib.

Bu iddialar qısa zamanda gündəm olub və Engin Polat məsələyə münasibət bildirib. O, həyat yoldaşının emosional vəziyyətinin yaxşı olmadığını qeyd edərək, boşanma barədə yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini vurğulayıb:

"Həyat yoldaşım özünü yaxşı hiss etmədiyi üçün belə danışır. Biz bir ailəyik. Ortada heç bir boşanma hadisəsi yoxdur", – deyə Engin Polat açıqlama verib.