"Kızılcık Şerbeti" serialında çəkiliş xətası –VİDEO

"Kızılcık Şerbeti" serialında qeydə alınan çəkiliş xətası sosial mediada gündəm olub. İzləyicilər Nilayın bir səhnədə qolunda sarğı olması, digər səhnədə isə onun itməsini dərhal fərq ediblər.

"Kızılcık Şerbeti" serialında çəkiliş xətası –VİDEO
"Kızılcık Şerbeti" serialı
reklam

Show TV-nin reytinq rekordları qıran "Kızılcık Şerbeti" serialında izləyicilərin diqqətindən yayınmayan bir çəkiliş xətası baş verib.

Serialın son bölümlərindən birində Pembenin otağına daxil olan Nilayın sağ qolunda sarğı olduğu görünür. O, Pembe ilə anasının yaratdığı problemlərdən danışır. Bu zaman Pembe ona ailə qaydaları ilə bağlı xəbərdarlıq edir.

Lakin söhbət başa çatıb Nilay otaqdan çıxarkən onun qolundakı sarğının birdən-birə itdiyi izləyicilərin gözündən yayınmayıb. Bu detal sosial mediada geniş müzakirələrə səbəb olub və serialın texniki səhvi kimi dəyərləndirilib.