Eşq acısı, yoxsa sadəcə söz oyunu?-FOTO

Rejissor Kənan MM-in sosial mediada paylaşdığı romantik və qəmli ifadələr izləyiciləri düşündürüb. Onun sevgi ilə bağlı yazdığı sözlər birmənalı qarşılanmayıb və şəxsi həyatına dair müxtəlif iddialara səbəb olub.

Eşq acısı, yoxsa sadəcə söz oyunu?-FOTO
Kənan MM
reklam

Tanınmış rejissor Kənan MM-in sosial media paylaşımları yenidən diqqət çəkib. O, ardıcıl olaraq sevgi və ayrılıqla bağlı düşündürücü ifadələr paylaşır.

"Sənə uşaq vaxtı oyuncaq almayıblar deyə, indi mənim hisslərim ilə oynamalısan?", "O öpdüyüm barmaqların indi kimə mesaj yazır?", "Bankdan gələn kredit SMS-ləri kimisən, unudulmağa imkan vermirsən" kimi cümlələr yazan rejissorun bu sözləri izləyiciləri tərəfindən müxtəlif cür qarşılanıb.

Bəzi sosial şəbəkə istifadəçiləri onun paylaşdıqlarını bəyənsə də, bir qisim izləyici bunu Kənan MM-ə yaraşdırmayıb. Hətta onu "eşq acısı çəkməkdə" günahlandıranlar da olub. Xüsusilə, ailəli və üç övlad atası olması fonunda bu cür paylaşımların uyğun olmadığını bildirənlər də var.

Bundan əlavə, rejissorun həyat yoldaşı, müğənni Aygün Şükürova ilə birgə televiziya proqramlarına çıxmaqdan imtina etməsi də müxtəlif söz-söhbətlərin yaranmasına səbəb olub. Qadın izləyicilər tərəfindən də tənqid olunan Kənan MM isə bu statusları ilə bağlı heç bir açıqlama verməyib.

Qeyd edək ki, Kənan MM müğənni Aygün Şükürova ilə ailəlidir və cütlüyün üç övladı var.

reklam
reklam