Zümrüd Bədəlovanın adından dələduzluq edildi!-FOTO

Tanınmış aparıcı Zümrüd Bədəlova dələduzların qurbanı olub. Tanımadığı şəxs onun adından dostlarına yazaraq pul istəyib. Zümrüd Bədəlova bu barədə sosial şəbəkədə məlumat paylaşaraq izləyicilərini diqqətli olmağa çağırıb.

Zümrüd Bədəlovanın adından dələduzluq edildi!-FOTO
Zümrüd Bədəlova
reklam

Tanınmış aparıcı Zümrüd Bədəlovanın adından dələduzluq edilib. Dələduz onun adından dostlarına yazaraq pul tələb edib. Bu barədə sosial şəbəkədə paylaşım edən Zümrüd Bədəlova, dələduzun adını və nömrəsini açıqlayaraq ona qarşı tədbir görülməsini istəyib. "Bu dələduzun tapılmasını istəyirəm. Mənim adımdan yazan heç kimə inanmayın. Bu cür dələduzluqlar nə vaxt bitəcək?" – deyə o bildirib.

Xatırladaq ki, daha əvvəl Əməkdar artist Sənubər İsgəndərli, rəqqasə Rəna Ağamuradova, aparıcı Mətanət Əliverdiyeva, İlkin Həsəni və aktrisa Pərvin Abıyeva da oxşar vəziyyətlə üzləşib.

reklam
reklam