Faiq Sücəddinov: “Ermənilər bizim mahnılarımızı mənimsəyib həyasızlıq salırlar”

Xalq artisti Faiq Sücəddinov, Ermənilərin Azərbaycanın xalq musiqisini öz adlarına çıxaraq ifa etmələrini sərt şəkildə tənqid edib. O, musiqi əsərlərinin müəllif hüquqlarına diqqət yetirilməli olduğunu vurğulayıb.

Faiq Sücəddinov: “Ermənilər bizim mahnılarımızı mənimsəyib həyasızlıq salırlar”
Faiq Suceddinov
reklam

Xalq artisti və bəstəkar Faiq Sücəddinov, "İncə səhər" verilişində ermənilərin Azərbaycanın musiqi əsərlərini öz adlarına çıxararaq ifa etmələrindən danışıb. O, ermənilərin Şövkət Ələkbərovanın ifa etdiyi "Çırpınırdı Qara Dəniz" mahnısını Avraam Russo tərəfindən erməni dilində ifa etməsini misal gətirərək, onlar tərəfindən çoxsaylı Azərbaycan mahnılarının mənimsənildiyini bildirib.

“Bizim çox gözəl musiqilərimiz var. Mən Əqli Mülkiyyət Agentliyinin müəllif hüquqlarının məsləhətçisiyəm və bunun üzərində çalışıram. Mərhum müğənnimiz Şövkət Ələkbərova tərəfindən ifa edilən bir çox mahnılarımızı ermənilər özlərinə məxsus sayaraq ifa edirlər”, - deyə sənətkar qeyd edib.

Sücəddinov, həmçinin ermənilərin Azərbaycan xalq musiqisinə olan bu cür yanaşmasını tənqid edib və deyib ki, yazılmamış olsa belə, bu musiqilər bizə aiddir. O, Yunanıstanda olduğu zaman ermənilərin bir mahnını erməni dilində ifa etdiklərini və buna etiraz olaraq həmin mahnının Azərbaycan bəstəkarı Tofiq Quliyevə aid olduğunu bildirib: “Ermənilər bu sözləri eşidib həyasızlıq saldılar. Mahnılara yiyə durmaq lazımdır. Bizim musiqilərimizi təkcə ermənilər deyil, gürcülər və yəhudilər də toylarda oxuyurlar. Buna diqqət yetirmək və onlara bizim mahnılarımızı tanıtmaq vacibdir”.

Bəstəkar, həmçinin musiqi əsərlərinin hüquqlarını qorumağın vacibliyini vurğulayıb, bu barədə tədbirlər görülməli olduğunu qeyd edib.