"Azərbaycanın Sibel Canı" deyirdilər, sonra isə... – Fədayə Laçın açıqlama verdi - FOTO
Müğənni Fədayə Laçın sosial şəbəkə hesabında paylaşım edərək, sənətə yeni başladığı dövrlərdə ona "Azərbaycanın Sibel Canı" dediklərini bildirib. Lakin zamanla öz üslubunu tapdığını və "Azərbaycanın Fədayə Laçını" olaraq tanındığını vurğulayıb.
Müğənni Fədayə Laçın sosial şəbəkə hesabında diqqət çəkən bir paylaşım edib. Sənətçi bildirib ki, onu bir zamanlar Türkiyənin məşhur müğənnisi Sibel Cana bənzədiblər. Fədayə Laçın bu barədə qeyd edib:
"Bir vaxtlar - sənətə yeni gələndə mənə Azərbaycanın Sibel Canı deyirdilər. Sonra oxudum, oxudum və oldum Azərbaycanın Fədayə Laçını".