Ferdi Tayfurun sərvətinə dair müzakirələrə Azərbaycanlı jurnalistdən sərt reaksiya

ABŞ-da yaşayan jurnalist Zaur Bayramlı, Ferdi Tayfurun sərvətinə dair gedən müzakirələrə etiraz edərək, müğənninin həyatını və qazandığı sərvəti müdafiə edib. O, insanların Tayfurun uğurlarını təhqir etməsinin ədalətsiz olduğunu vurğulayıb.

Ferdi Tayfurun sərvətinə dair müzakirələrə Azərbaycanlı jurnalistdən sərt reaksiya
Zaur Bayramlı
reklam

ABŞ-da yaşayan jurnalist və diaspor fəalı Zaur Bayramlı, Ferdi Tayfurun sərvətinə dair müzakirələrə sərt reaksiya verib. O, sosial mediada yayılan yazısında bəzi azərbaycanlıların müğənninin qazancını müzakirə etməsinin əsassız olduğunu bildirib.

Bayramlı qeyd edir ki, Ferdi Tayfur Türkiyə tarixində kasetləri ən çox satan müğənni olub və hələ də onun rekordlarını keçən yoxdur. Həmçinin, müğənninin "Derbeder" adlı filmi Türkiyə tarixində ən çox izlənənlərdən biridir. Bayramlı yazır ki, Ferdi Tayfurun sərvəti tamamilə qazandığı əməyin nəticəsidir və onun uğurlarının içində bir quruş belə haram yoxdur.

Jurnalist, eyni zamanda Tayfurun keçmişini xatırladaraq, müğənninin 25 yaşına qədər əziyyətlə işlədiyini və heç vaxt qarındolusu yemək yemədiyini qeyd edib. O, alın təri ilə zəngin olan insanların müzakirə edilməsinin əxlaqi cəhətdən düzgün olmadığını vurğulayıb.

Bayramlı son olaraq, "İndi, toxunmayın Fərdimə!" deyə çağırıb və müğənninin həyatını və sərvətini müdafiə edib.