Nura Suri televiziya verilişlərini tənqid etdi
Müğənni Nura Suri yerli televiziya proqramlarında Azərbaycan musiqisinin kifayət qədər istifadə olunmamasını tənqid edib.

İfaçı verilişlərdə əsasən türk seriallarının musiqilərinin səsləndirilməsinə etiraz edib.
"Bizim telekanallar niyə bütün verilişlərdə insanların hissləri ilə oynamaq üçün türk seriallarının musiqisindən istifadə edirlər? Öz musiqimiz niyə yaramır ki?" – deyə o, irad bildirib.