En son haberleri, güncellemeleri ve özel teklifleri doğrudan gelen kutunuza almak için abone listemize katılın
Ən çox müzakirə olunan və üzlərdə gülüş yaradan aparıcılardan biri olan Elgiz Əkbər, son zamanlar sosial şəbəkələrdə fenomenə çevrilmiş kəsilmiş veriliş videoları ilə diqqət çəkib. "Elgiz yenə düşündüyünü dilə gətirdi" kimi məşhur videoları ilə tanınan Elgiz, sosial şəbəkələrdən necə istifadə etdiyini və verilişlərindəki spontan məqamları açıqlayıb.
Verilişinin çıxarılan hissələrinin bəzən kontekstdən kəsilərək yanlış anlaşılmasına toxunan Elgiz, bu vəziyyətə necə yanaşdığını izah edib. O, "Artıq mən öyrəncəliyəm, videoların paylaşılacağını və şərhlərin gələcəyini başa düşürəm" deyib.
Evliliyə münasibətini də dilə gətirən aparıcı, həyatında etdiyi ən böyük səhvinin gec evlənmək olduğunu bildirib. O, qadınların ideal evlilik yaşının 27-28, kişilərin isə 32 olduğunu vurğulayıb. Elgiz, işlərinin çox olmasına baxmayaraq, həyatının təbii bir hissəsi olan televiziya ilə əlaqəsini sevdiyini bildirib və gələcəkdə gənc aparıcılara yol vermək niyyətində olduğunu qeyd edib.
Tanınmış aparıcı, həmçinin ailəsi haqqında da fikirlərini bölüşüb. O, sosial şəbəkələrdə ailəsi ilə çəkdirdiyi şəkilləri çox paylaşmadığını, qızının öz şəxsi həyatını qorumağa çalışdığını bildirib. Elgiz, iş qrafikinin yoğun olmasına baxmayaraq, hər zaman işinə böyük sevgi ilə yanaşdığını və həyatında hər şeyin bir yerə oturduğunu vurğulayıb.
admin Eki 31, 2024 0 122
admin Eki 31, 2024 0 32
admin Kas 1, 2024 0 24
admin Eki 31, 2024 0 19
admin Kas 3, 2024 0 16
AsimanFərzəliyeva Oca 22, 2025 0 1
AsimanFərzəliyeva Oca 22, 2025 0 1
AsimanFərzəliyeva Oca 22, 2025 0 1
AsimanFərzəliyeva Oca 22, 2025 0 1
Toplam Oy: 21
Çox əlaSaytımız sizə daha yaxşı xidmət göstərmək üçün çərəzlər istifadə edir. Sayta giriş edərək çərəzləri qəbul edirsiniz. Daha Çox