Tanınmış aparıcı şəxsi həyatı ilə bağlı etiraf etdi: "Həyatımda heç kəs yoxdur"
Aparıcı Vüsalə Əlizadə şəxsi həyatı ilə bağlı açıqlamalar verib. O, həyatında hazırda heç birinin olmadığını və sevgi ilə bağlı düşündüklərini sosial şəbəkə izləyiciləri ilə bölüşüb.
Aparıcı Vüsalə Əlizadə şəxsi həyatı ilə bağlı izləyicilərinin suallarını cavablandırıb. O, sosial şəbəkə hesabında hazırda həyatında heç kimin olmadığını etiraf edib və münasibətlər mövzusunda düşündüklərini paylaşdı. Vüsalə bildirib ki, heç kəsin həyatında mütləq biri olmalı deyil. "İnanın, səmimiyyətimə... Bu yaşda rahatlıqla etiraf edə bilirəm ki, hər şeyin gözüllüyü və zahiri görünüşü ilə ölçülməməlidir. Sevgi, güvən və paylaşma əsasdır. Əgər bunlardan biri yoxdursa, nə haqqında danışmaq olar?", - deyə o qeyd edib. Aparıcı, həmçinin daha əvvəlki evliliyindən və boşanmasından söz açaraq, həyatında yaşadığı dəyişiklikləri izləyiciləri ilə bölüşüb. O, bu evlilikdən bir qızı olduğunu da əlavə edib.