"Gedirsə də, qapılar açıqdır, yaxşı yol!"

Müğənni Aysun İsmayılova xəyanət mövzusunda sərt fikirlər səsləndirib. O, xəyanəti heç vaxt bağışlamayacağını və belə bir vəziyyətdə münasibətə son qoyacağını bildirib.

"Gedirsə də, qapılar açıqdır, yaxşı yol!"
Aysun İsmayılova
reklam

Bir müddət öncə vəkil həyat yoldaşı Ramil Vəliyevdən ayrılan müğənni Aysun İsmayılova açıqlamaları ilə yenidən gündəmə gəlib.

Sənətçi "Tarixin bir günü" verilişində xəyanət mövzusunda danışıb. O, xəyanəti heç vaxt bağışlamayacağını bildirib:

"Xəyanəti heç vaxt keçmərəm. Bu günə qədər də keçməmişəm. Mən o qədər zəif qadın deyiləm ki, kimisə məndən üstün tutub başqasına getsin. Gedirsə də, qapılar açıqdır, yaxşı yol. Xəyanət edən insan əslində özü itirir və özünü aldadır. Sevdiyim insanın ürəyi başqasını istəyibsə, deməli, mən onun üçün yoxam. O, başqasına toxunub sonra mənə toxuna bilməz. Özümü kirli hiss edərəm, o insandan diksinərəm. Gözümün önünə gətirərəm ki, mənimlə yaşadıqlarını başqası ilə də yaşayır. O an hər şey bitər".