Ev Dustaqlığı Ona 25 Milyona Baş Gəldi
Müğənni Sərdar Ortaç qanunsuz mərc oyunlarını təşviq etməkdə təqsirli bilinərək ev dustaqlığına məhkum edilib. Bu səbəbdən onun planlaşdırılan 18 konserti ləğv edilib. Sosial media hesablarını bağlayan sənətçi, cəmi 1,5 aylıq müddətdə təxminən 25 milyon lirə zərər edib.
Türkiyənin tanınmış müğənnisi Sərdar Ortaç qanunsuz mərc oyunlarını təşviq etmək ittihamı ilə cəza alaraq ev dustaqlığına məhkum edilib. Bu qərar sənətçiyə həm peşəkar, həm də maliyyə baxımından ağır zərbə vurub. Sərdar Ortaçın dekabr ayının sonuna qədər keçirilməsi planlaşdırılan 18 konserti ləğv edilib. Bu itkilər səbəbindən sənətçi 25 milyon lirəyə yaxın (təxminən 1 milyon 235 min manat) gəlirdən məhrum olub. Bundan əlavə, müğənni sosial media hesablarını da bağlayıb. Ortaçın cəzasının təsiri həm onun karyerasında, həm də gündəlik həyatında hiss olunmağa davam edir.