Günay İbrahimli yeni fotosessiyasını təqdim etdi - FOTOLAR

Müğənni Günay İbrahimli yeni fotosessiyası ilə diqqətləri üzərinə çəkib. Leopard dəsənli geyimlərlə çəkilən Günay, yaradıcı yanaşmalarını izləyiciləri ilə bölüşüb.

Günay İbrahimli yeni fotosessiyasını təqdim etdi - FOTOLAR
Gunay Ibrahimli
reklam

Müğənni Günay İbrahimli yeni fotosessiya etdirib. İfaçı, çəkilişdə leopard dəsənli geyimlərə üstünlük verib. O, eyni dəsənli palto, don, corab və ayaqqabılarla kamera qarşısına keçib.

Günay paylaşımında bildirib ki, “Həyatımın hər dönəmində yaradıcılıq mənim üçün prioritet olub. Daha fərqli, daha öz, daha yaradıcı, daha bənzərsiz olmaqdan zövq almışam. Bunun üçün çalışmışam və çalışmağa davam edirəm. Bu yolda hər dəfə fərqli insanlar ilə rastlaşıram.”