Hadise və Seda Bakan eyni paltarı geyindilər-FOTO

"Esas Oğlan" filminin qala gecəsində Hadisə və Seda Bakan geyimləri ilə diqqət mərkəzində olublar. İki baş rol ifaçısı qırmızı xalçada eyni məxmər, dərin yarıqlı libasla poza verərək həmrəylik mesajı yayımlayıblar.

Hadise və Seda Bakan eyni paltarı geyindilər-FOTO
Hadise,Seda Bakan
reklam

Hadisə və Seda Bakan ötən axşam "Esas Oğlan" filminin qala gecəsində geyim seçimləri ilə sürpriz yaradıblar. Hər iki məşhur aktrisa eyni dizaynda məxmər, çiyinləri açıq və dərin yarıqlı libasda görünüblər. Qala gecəsində mətbuatla paylaşım edən aktrisalar bu geyim seçimlərinin təsadüf olmadığını bildiriblər: "Biz iki qadın olaraq bir-birimizə dəstək olmağı seçdik. Eyni geyimi qəsdən seçdik ki, insanların 'kim daha gözəl görünür' sualını verməsinə ehtiyac qalmasın," - deyə onlar qeyd ediblər. Hadisə və Seda Bakanın qırmızı xalça tərzi və bu mesajları sosial mediada geniş müzakirəyə səbəb olub. Gecəyə qatılanların çoxu onların həm geyimlərini, həm də sərgilədikləri həmrəyliyi tərifləyib.