Paris Jackson şəffaf mini paltarda-FOTO

Maykl Ceksonun qızı, Peris Cekson Los-Ancelesdəki "Qızıl qlobus" mükafatlandırma mərasimi öncəsi tədbirdə fərqli və təxribatçı geyimi ilə diqqət çəkdi. Büstqaltersiz mini paltarı ilə cazibədar bir görünüş sərgiləyən Peris Cekson, şübhəsiz ki, gecənin ən çox danışılan siması oldu.

Paris Jackson şəffaf mini paltarda-FOTO
Paris Jackson
reklam

Mərhum Maykl Ceksonun 26 yaşlı qızı, aktrisa və model Peris Cekson Los-Ancelesdəki "Qızıl qlobus" mükafatlandırma mərasimi ərəfəsində Cas Matur və Maykl Braunun təşkil etdiyi gecəyə qatılıb.

Cekson tədbirdə təxribatçı bir görünüş sərgiləyib. O, Celine brendinə aid şəffaf top və uzunqol, hündür boyunlu qara mini paltarı ilə diqqətləri üzərinə çəkib. Paltarının altında büstqalter geyinməyən Peris, özünə güvənərək gözəl sinəsini açıq şəkildə nümayiş etdirib.

Cekson, qara monoqramlı Celine kolqotları, qara laklı dəri tufliləri və parlaq qara əl çantası ilə görünüşünü tamamlayıb. O, həmçinin "Texture" saç düzümü və axşam makiyajı ilə gözəl bir tərz yaratmış, əllərini çoxlu bilərzik və üzüklərlə bəzəmişdir.

Peris Ceksonun qeyri-adi geyimi və cazibədar görünüşü tədbirə qatılan hər kəsi heyran etmişdir. O, daha əvvəl də amfAR fondunun “Kino QİÇS-ə qarşı” adlı gala gecəsində maraqlı qara paltarda iştirak etmişdi.

Bu dəfə, Peris özünü büstqaltersiz mini paltarda təqdim edərək gözəl və incə bədən quruluşunu sərgiləyib. Gecə boyu təxribatçı baxışları ilə gözləri üzərində cəmləyən Peris, hər zaman olduğu kimi bu tədbirdə də diqqətləri öz üzərinə toplamağı bacarıb.

reklam
reklam