"Heç vaxt bunu etməyəcəyəm"
Meyxanaçı Ağamirzə Məmmədov efirdə yemək yeməyi düzgün saymadığını və bu mövzuda prinsipini açıqlayıb. O, qonaq olduğu verilişlərdə belə vəziyyətləri necə idarə etdiyini və şəxsi əşyalarına olan münasibətini də bölüşüb.

En son haberleri, güncellemeleri ve özel teklifleri doğrudan gelen kutunuza almak için abone listemize katılın
Meyxanaçı Ağamirzə Məmmədov "Qonaqcanlı" verilişində efirdə yemək yeməyəcəyini açıqlayıb. O, bu addımının günah olduğunu və yaraşmaz olduğunu bildirib. "Heç vaxt efirdə yemək yeməyəcəyəm. Mən yeyirəm, orada ac uşaq baxır. Gecə ac yatıb, səhər durur yemək yoxdur. Göz haqqı var", - deyə Ağamirzə Məmmədov vurğulayıb.
Meyxanaçı, efirdə yemək yeyənləri tənqid edərək, bir dəfə bir verilişə qatıldığında xanım aparıcının yalnız onun üçün stola yemək qoymadığını qeyd edib. "Bir verilişə getdim, xanım aparıcı mənə görə stola yemək qoymadı", - deyə o bildirib.
Eyni zamanda, Ağamirzə Məmmədov hər yerə öz stəkanı ilə getdiyini də açıqlayıb: "Mənim su içəndə də öz stəkanım olmalıdır. Maşınımdadır, hər yerə aparıram. Evdə də tapşırmışam, xahiş etmişəm ki, mənim stəkanımdan, qaşığımından istifadə etməsinlər".
admin Şub 13, 2025 0 438
admin Eki 31, 2024 0 169
admin Eki 31, 2024 0 130
AsimanFərzəliyeva Şub 9, 2025 0 51
AsimanFərzəliyeva Mar 22, 2025 0 8
AsimanFərzəliyeva Mar 22, 2025 0 10
AsimanFərzəliyeva Mar 22, 2025 0 8
AsimanFərzəliyeva Mar 22, 2025 0 8
Toplam Oy: 22
Çox əlaSaytımız sizə daha yaxşı xidmət göstərmək üçün çərəzlər istifadə edir. Sayta giriş edərək çərəzləri qəbul edirsiniz. Daha Çox