Qətərdə alış-veriş zamanı çaşqınlıq yaşadı

Əməkdar artist Babək Niftəliyev Qətərdə başına gələn maraqlı hadisədən danışıb. O, Dohada alış-veriş edərkən qiymət fərqini düzgün hesablamadığı üçün gözlədiyindən qat-qat artıq pul ödədiyini bildirib.

Qətərdə alış-veriş zamanı çaşqınlıq yaşadı
Babək Niftəliyev
reklam

Əməkdar artist Babək Niftəliyev Qətər səfəri zamanı başına gələn maraqlı hadisəni bölüşüb.

Müğənni "Günə bax" verilişində Dohada yerləşən oteldə bahalı alış-veriş etməsindən danışıb:

"Qaldığımız otelin çox gözəl mağazası var idi. Dedim ki, 3-5 dollar fərqi olar. Aytən Məhərrəmovaya dedim ki, qiymətləri hesablasın. Gördüm ki, Bakıda 2-3 manat fərq var. Mən də çox şey aldım. Sonra Aytən getdi, mən də hesabladım ki, alış-verişim maksimum 100 dollara başa gələr. Ödənişi etdim və geri döndüm. Sonra yoxladım ki, əslində 600 dollar ödəyibmişəm. Aytəni tapa bilmədim ki, soruşum, bu nə iş idi, məni niyə belə vəziyyətə saldın?"

Qeyd edək ki, Babək Niftəliyev son zamanlar tez-tez beynəlxalq səfərlərə çıxır və maraqlı xatirələrini sosial şəbəkələrdə bölüşür.