Helli Berri 22 il sonra eyni libası geyindi - Foto

Məşhur Hollivud ulduzu Helli Berri 22 il əvvəl "Oskar" mərasimində geyindiyi unudulmaz libası yenidən üzərinə götürdü. Berri, Səudiyyə Ərəbistanında keçirilən "The 1001 Seasons of Elie Saab" tədbirində bu paltarı ilə diqqət çəkdi.

Helli Berri 22 il sonra eyni libası geyindi - Foto
Helli Berri
reklam

Hollivudun məşhur ulduzu Helli Berri 22 il əvvəl "Oskar" mərasimində geyindiyi paltarla yenidən gündəmə gəlib. 2002-ci ildə “Monster's Ball” filmindəki roluna görə "Ən yaxşı aktrisa" mükafatını qazanan Berri, həmin gecə seçdiyi "Elie Saab" imzalı libası, bu dəfə Səudiyyə Ərəbistanında keçirilən “The 1001 Seasons of Elie Saab” adlı tədbirdə geyinib. Berri, tarixə ilk qaradərili qadın olaraq "Ən yaxşı aktrisa" mükafatı qazanan şəxs kimi də tanınır.