"Erkən məşhurluq mənə böyük çətinliklər yaşatdı"

Dünyaca məşhur müğənni və aktrisa Selena Qomez, gənc yaşda qazandığı şöhrətə görə peşman olduğunu və bunun ona böyük təzyiqlər yaratdığını bildirib. O, məşhurluğa erkən başlamanın özünü inkişaf etdirməsinə mane olduğunu qeyd edib.

"Erkən məşhurluq mənə böyük çətinliklər yaşatdı"
Selena Qomez
reklam

Dünyaca məşhur müğənni və aktrisa Selena Qomez, gənc yaşda qazandığı şöhrətə görə peşman olduğunu bildirib. O, bu barədə "Elle" jurnalına verdiyi müsahibəsində danışıb. 32 yaşlı Qomez, erkən populyarlığının onun üzərinə böyük məsuliyyət qoyduğunu deyib:

“Bəlkə də bir az gözləməyə və özünüz üçün yaşamağa dəyər. Məncə, belə gənc yaşda başlamaq lazım deyil. Böyük təzyiq mənim özümü inkişaf etdirməyimə mane oldu. Çox çətin vaxt idi”.

Bununla belə, sənətçi bildirib ki, bütün çətinliklərə baxmayaraq ulduzluğa gedən yolda ailəsinə və ona dəstək olan hər kəsə minnətdardır.