Hollivud ulduzu və həyat yoldaşı evlərində ölü tapıldı-FOTO

İki dəfə "Oskar" mükafatçısı, məşhur amerikalı aktyor Ceyn Hekman və onun həyat yoldaşı Betsy Arakava evlərində ölü tapılıblar. Polis hadisə yerində cütlüyün itinin də cansız bədənini aşkar edib. İlkin araşdırmalara görə, cinayət izləri yoxdur, lakin dəqiq ölüm səbəbi araşdırılır.

Hollivud ulduzu və həyat yoldaşı evlərində ölü tapıldı-FOTO
Ceyn Hekman
reklam

Amerikalı məşhur aktyor, iki dəfə "Oskar" mükafatçısı Ceyn Hekman və həyat yoldaşı Betsy Arakava Nyu-Meksikonun Santa Fe şəhərindəki evlərində ölü tapılıblar.

Şerif Adan Mendoza bildirib ki, cütlüyün itinin də meyiti aşkar edilib. İlkin araşdırmalara əsasən, hadisənin cinayətlə əlaqəsi olmadığı düşünülür, lakin ölüm səbəbi hələlik açıqlanmayıb.

95 yaşlı aktyor karyerası boyunca "Oskar", "Bafta", "Qızıl Qlobus" və "Ekran Aktyorları Gildiyası" kimi nüfuzlu mükafatlara layiq görülüb. Hazırda istintaq davam edir.