Hülya Avşardan Gözlənilməz Etiraf
Məşhur sənətçi Hülya Avşar, "YouTube" platformasında izləyicilərinin suallarına verdiyi səmimi cavablarla diqqət çəkib. Hülya Avşar, yataq həyatı ilə bağlı etdiyi gözlənilməz etirafla gündəmə gəlib.

En son haberleri, güncellemeleri ve özel teklifleri doğrudan gelen kutunuza almak için abone listemize katılın
Məşhur türk sənətçisi Hülya Avşar, "YouTube" platformasında izləyicilərinin suallarını cavablandıraraq maraqlı açıqlamalar edib. Özünəməxsus tərzi ilə tanınan sənətçi, son zamanlar proqramına qonaq olan məşhurlara verdiyi qeyri-adi suallarla tənqid olunsa da, bu dəfə cəsarətli suallara özünəməxsus yumorla cavab verib.
Bir izləyici ona "Axırıncı dəfə kimsə ilə nə vaxt yaxınlıq etdiniz?" sualını ünvanlayıb. Avşar zarafatla cavab verərək, "Eramızdan əvvəl. Görəsən, o adam hələ xatırlayır? Bəlkə ondan soruşaq? Bu zarafat deyil, həqiqətən də çox uzun zamandır" deyib. Söhbətinə davam edən sənətçi, "Yəqin ki, 10 il olub, bəlkə də 10 ildən çox" deyə bildirib.
Bundan əlavə, Avşar evliliklə bağlı verilən suala da maraqlı bir cavab verib: "Yenidən evlənməyim üçün bir səbəb yoxdur. Övladım var. Niyə evlənim? Hər gün yataqda biri ilə yatmaq üçün? Bu da elə rahat bir şey deyil. Əgər evli olsaydım, yataqları ayırmışdım. O qədər azadam ki, evlənməyim normal deyil. Flört etmək belə mənə çətin gəlir" - deyə bildirib.
Hülya Avşarın bu açıqlamaları sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
admin Şub 13, 2025 0 438
admin Eki 31, 2024 0 169
admin Eki 31, 2024 0 130
AsimanFərzəliyeva Şub 9, 2025 0 51
AsimanFərzəliyeva Mar 22, 2025 0 8
AsimanFərzəliyeva Mar 22, 2025 0 10
AsimanFərzəliyeva Mar 22, 2025 0 8
AsimanFərzəliyeva Mar 22, 2025 0 8
Toplam Oy: 22
Çox əlaSaytımız sizə daha yaxşı xidmət göstərmək üçün çərəzlər istifadə edir. Sayta giriş edərək çərəzləri qəbul edirsiniz. Daha Çox